Şou-biznes

Azərbaycanlı müğənninin səsi batdı — Danışmaq qadağan edildi

Azərbaycanlı müğənninin səsi batdı — Danışmaq qadağan edildi

Rusiyada Jony səhnə adı ilə tanınan azərbaycanlı müğənni Cahid Hüseynli səhhətində yaranan problem səbəbindən planlaşdırılan çıxışlarını müvəqqəti dayandırıb.

Məlumata görə, ifaçının Minskdə keçirilən konserti zamanı səsində ciddi narahatlıq yaranıb. Bu səbəbdən onun bütün özəl tədbir və konsertləri təxirə salınıb və ən azı aprelin ortalarına qədər səhnədən uzaq qalacağı bildirilib.

Həkimlərin tövsiyəsinə əsasən, sənətçiyə təkcə oxumaq deyil, ümumiyyətlə danışmaq da qadağan olunub. 30 yaşlı müğənnidə səs tellərinin iltihabı aşkarlanıb və vəziyyət martın 27-dəki çıxış zamanı daha da ağırlaşıb.

Konsert zamanı vəziyyəti yüngülləşdirmək üçün ona bir neçə dəfə adrenalin iynəsi vurulsa da, çıxışı başa çatdırdıqdan sonra səhhəti pisləşib. Hazırda Cahid Hüseynli həkim nəzarəti altındadır.

Müalicə çərçivəsində ona iltihabəleyhinə və hormonal terapiya, inhalyasiya prosedurları, eləcə də tənəffüs yollarının nəmləndirilməsi təyin olunub. Bundan əlavə, ifaçı ciddi yuxu rejiminə əməl etməli və bir neçə həftə ərzində gərgin fəaliyyətlərdən uzaq durmalıdır.

Bildirilir ki, bərpa prosesi normal keçərsə, sənətçi aprelin 19-na qədər yenidən səhnəyə qayıda bilər. (news24.az)

Demokrat.az

NE
Nihadə Eyyubova