Sağlamlıq Özəl

Zəka səviyyəsinin aşağı olduğunu göstərən 4 davranış

Zəka səviyyəsinin aşağı olduğunu göstərən 4 davranış

Zəka yalnız genetik faktorlardan asılı deyil. Gündəlik vərdişlər, öyrənmə həvəsi və hadisələrə yanaşma tərzi intellektual potensialı formalaşdırır. Psixoloqlar müəyyən davranış qəliblərinin zehni qabiliyyətin inkişafına mane olduğunu bildirirlər. Tədqiqatlar göstərir ki, bəzi alışqanlıqlar idrak fəallığının aşağı düşməsinə işarə edir.

Psixoloqlar marağı zehni inkişafın təməl daşı hesab edirlər. Yeni məlumatlara maraq göstərməmək və sual verməkdən qaçmaq beyin fəaliyyətinin stimullaşdırılmadığını göstərir. Maraq səviyyəsi yüksək olan şəxslər mürəkkəb problemlərin həllində daha uğurlu nəticələr əldə edirlər.

İşləri mütəmadi olaraq sonraya saxlamaq yalnız zamanın idarə olunması problemi deyil. Psixologiyaya görə planlama və diqqət funksiyaları ilə bağlı olan bu davranış hədəfə doğru sistemli irəliləmə bacarığını zəiflədir. Uzunmüddətli təxirəsalmalar zehni performansa mənfi təsir göstərir.

Mürəkkəb mövzuları sadə ümumiləşdirmələrlə yola vermək və hadisələri çoxşaxəli qiymətləndirməmək zehni dərinliyin azlığından xəbər verir. Analitik düşünmə bacarığı öyrənmə potensialı üçün kritik əhəmiyyət kəsb edir. Daimi səthi yanaşma mövcud potensialdan tam istifadə edilmədiyini sübut edir.

Səhvləri həmişə kənar amillərlə əlaqələndirmək və konstruktiv tənqidləri qəbul etməmək inkişafı məhdudlaşdırır. Özünüqiymətləndirmə və fərdi fərqindəlik öyrənmə prosesinin əsas elementləridir. Tənqidə tamamilə qapalı olmaq insanın öz düşüncələrini sorğulamasını çətinləşdirir və zehni irəliləyişi ləngidir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova