Hadisə

Masazırda "Hyundai" yandı, "BMW"ni də alışdırdı — VİDEO

Masazırda Hyundai yandı, BMWni də alışdırdı — VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ünvanında avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb. Hadisə zamanı Hyundai markalı avtomobilin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMW markalı avtomobilin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin digər hissəsi və ətrafdakı nəqliyyat vasitələri yanğından qorunub, əlavə zərərin qarşısı alınıb.

Demokrat.az

NE
Nihadə Eyyubova