İntensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gecə boyu davam edib. Su basmış ərazilərdə təhlükəsizlik tədbirləri fasiləsiz şəkildə həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə köçürülüb. Təxliyə olunanlar arasında 36 azyaşlı da var.
Hazırda ərazilərdə vəziyyətə nəzarət davam edir, suyun çəkilməsi və mümkün risklərin aradan qaldırılması üçün tədbirlər görülür.
Demokrat.az


