Hadisə

Minik avtomobili "KamAZ"a çırpıldı, sürücü hadisə yerində öldü

Minik avtomobili KamAZa çırpıldı, sürücü hadisə yerində öldü

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova