Hadisə

Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəranda avtomobillər toqquşub, yaralılar var.

Hadisə Lənkəran-Lerik magistralının Lənkərana aid Şağlaküçə kəndi ərazisində baş verib. Hərəkətdə olan Belə ki, "Toyota Prius" və "Opel" markalı avtompbillərin toqquşması nəticəsində 5 nəfər Lənkəran rayonun sakini xəsarət alıb. Yaralılar Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(Report)

Demokrat.az

NE
Nihadə Eyyubova