Sağlamlıq Özəl

İnsultdan qorunmaq üçün təzyiq neçə olmalıdır?

İnsultdan qorunmaq üçün təzyiq neçə olmalıdır?

İnsult riskini minimuma endirmək üçün qan təzyiqini nəzarətdə saxlamaq ən vacib şərtdir. Həkim Yelena Reznik bildirir ki, 65 yaşa qədər olan şəxslərdə təzyiq 120-130/80 intervalında qalmalıdır.

Demokrat.az xəbər verir ki, yaşı 65-i ötənlər üçün isə bu göstəricinin 130-140/80 mm civə sütunu olması normal hesab edilir. Nəbzin isə dəqiqədə 55-80 vuruş arasında dəyişməsi sağlamlıq göstəricisidir.

Təzyiqi ölçməzdən yarım saat əvvəl fiziki yükdən və stressdən uzaq durmaq, qida qəbul etməmək lazımdır. Həmçinin qəhvə, tütün məmulatları və spirtli içkilər nəticələri təhrif edə bilər. Hipertoniyadan əziyyət çəkənlər mütləq gündəlik tutmalı, təzyiqlərini səhər və axşam olmaqla iki dəfə yoxlamalıdırlar.

Həyat tərzindəki kiçik dəyişikliklər də böyük fərq yaradır. Gündəlik duz istehlakını 5 qrama qədər məhdudlaşdırmaq, rasionda tərəvəzlərə üstünlük vermək və çəkini qorumaq məsləhətdir. Son illər insultun "gəncləşdiyini" deyən mütəxəssislər hətta 35-44 yaşlı insanları da sağlamlıqlarına qarşı diqqətli olmağa çağırırlar.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova