Maraqlı Özəl

Bu ölkədə kişi tapılmır: Türkləri çağırdılar

Bu ölkədə kişi tapılmır: Türkləri çağırdılar

Avropanın şimalında yerləşən Litvada kişi qıtlığı yaşandığı iddia edilir. Ölkənin bəzi sakinləri bu vəziyyətlə bağlı sosial şəbəkələrdə maraqlı paylaşımlar ediblər. Yerli qadınlar xüsusilə 40 yaşdan yuxarı türk kişilərinə müraciət edərək onları ölkəyə dəvət ediblər.

Paylaşımlarda Litvada kişi tapmağın çətinləşdiyi və bu yaş qrupundakı şəxslər üçün regionun ideal məkan olduğu bildirilir. Qadınlar daha yetkin kişilərə üstünlük verdiklərini və özlərini Avropanın ən gözəlləri hesab etdiklərini vurğulayıblar. Bu çağırışlar qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Bu ölkədə kişi tapılmır: Türkləri çağırdılar

Sosial media istifadəçiləri tərəfindən sürətlə yayılan açıqlamalar fərqli reaksiyalarla qarşılanıb. Bəzi istifadəçilər bu dəvəti maraqla qarşılasa da, bəziləri mövzuya tənqidi yanaşaraq bunun bir trend və ya zarafat ola biləcəyini qeyd ediblər. Hazırda bu mövzu internet platformalarında ən çox şərh edilən xəbərlər arasındadır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova