Dünya Özəl

İran Səudiyyədə hərbi bazanı vurdu, ABŞ hərbçiləri yaralandı

İran Səudiyyədə hərbi bazanı vurdu, ABŞ hərbçiləri yaralandı

Yaxın Şərqdə gərginlik yenidən yüksəlir. İranın Səudiyyə Ərəbistanındakı "Prince Sultan Air Base" istiqamətində həyata keçirdiyi hücum nəticəsində ABŞ hərbçiləri yaralanıb.

Məlumatlara görə, zərbə raket və pilotsuz uçuş aparatları ilə endirilib. İlkin rəqəmlər ən azı 10 hərbçinin xəsarət aldığını göstərir. Bəzi mənbələr bu sayın bir qədər çox ola biləcəyini də istisna etmir.

Hücumun miqyası yalnız şəxsi heyətlə məhdudlaşmayıb. Bazada yerləşən hərbi texnikanın, o cümlədən yanacaq dolduran təyyarələrin də zədələndiyi bildirilir.

Hadisə bölgədə onsuz da kövrək olan balansı bir qədər də sarsıdır. ABŞ-ın cavab addımının necə olacağı isə hələlik açıq qalır. Gözlər Vaşinqtondadır.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova