Dünya Özəl

Türkiyədə bələdiyyə sədri biabırçı vəziyyətdə tutuldu — Hoteldən birbaşa qolu qandallı çıxarıldı

Türkiyədə bələdiyyə sədri biabırçı vəziyyətdə tutuldu — Hoteldən birbaşa qolu qandallı çıxarıldı

Türkiyənin Uşak Bələdiyyə sədri Özkan Yalım Ankarada qaldığı otel otağında keçirilən əməliyyatla saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilən bu əməliyyat rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə fırıldaq qarışdırma ittihamlarını əhatə edir.

Demokrat.az xəbər verir ki,Ankara, Uşak və Kocaelidə eyni vaxtda keçirilən reydlər zamanı Yalım da daxil olmaqla ümumilikdə 11 şübhəli saxlanılıb.

Türkiyədə bələdiyyə sədri biabırçı vəziyyətdə tutuldu — Hoteldən birbaşa qolu qandallı çıxarıldı

Əməliyyatın ən çox diqqət çəkən məqamı bələdiyyə sədrinin Ankara "Crowne Plaza" otelində, yanında 21 yaşlı bələdiyyə işçisi S.A. ilə birlikdə yaxalanması olub. İstintaq materiallarına görə, Özkan Yalım bələdiyyə büdcəsi və tenderlər üzərindən genişmiqyaslı korrupsiya şəbəkəsi qurub. İddia olunur ki, o, əldə etdiyi qanunsuz vəsaitləri və əmlakları müsadirə olunmaqdan qorumaq üçün sürücüsü Cihan Arasın adına keçirib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova