Türkiyənin tanınmış aktrisası Hande Erçel məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıb. Bir müddətdir xaricdə olduğu üçün barəsində saxlanılma qərarı verilən aktrisa ölkəyə qayıdan kimi İstanbul Ədliyyəsinə gedərək ifadə verib.
Aktrisa ifadəsi alındıqdan və analiz götürüldükdən sonra sərbəst buraxılıb.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırmalar çərçivəsində 16 nəfər barəsində saxlanılma qərarı verilib. Artıq əməliyyat zamanı 4 nəfər həbs edilib, bir çox tanınmış sima, o cümlədən Hakan Sabancı, Fikret Orman və Didem Soydan kimi adlar barəsində isə ölkədən çıxış qadağası qoyulub.
Hande Erçel prokurorluqdakı ifadəsindən sonra analizlər üçün Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Aktrisadan saç və qan nümunələri götürüləcək.
Qeyd edək ki, Erçel daha əvvəl sosial media hesabından açıqlama verərək, təhsili ilə bağlı xaricdə olduğunu və məsələyə aydınlıq gətirmək üçün Türkiyəyə qayıdacağını bildirmişdi. Hazırda istintaq davam edir və digər şübhəlilərlə bağlı hüquqi tədbirlər görülür.
İsmayıl Demokrat.az


