Siyasət Özəl

"Putin bizi ruhlandırır"

Putin bizi ruhlandırır

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya dəstəyə görə təşəkkür edib və bu dəstəyin ölkəsini ruhlandırdığını bildirib.

Demokrat.az xəbər verir ki, o, sosial şəbəkə platforması X-də paylaşımında Vladimir Putin tərəfindən verilən mesajların və Rusiya xalqının nümayiş etdirdiyi dəstəyin davam edən müharibə fonunda İrana mənəvi güc verdiyini qeyd edib.

Pezeşkian vurğulayıb ki, İran xalqının göstərdiyi müqavimət və cəsarət regionda yeni təhlükəsizlik əlaqələrinin formalaşacağına dair ümidləri artırır.

O, həmçinin İran xalqı adından Rusiya hökumətinə və xalqına minnətdarlığını ifadə edib.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova