Rusiyanın ev heyvanları üçün yem ixracı ötən il kəskin artaraq yeni zirvəyə çatıb. Rusiya 2025-ci il ərzində xarici bazarlara 256 milyon dollar dəyərində cəmi 106 min ton it və pişik yemi satıb. Bu göstərici əvvəlki illə müqayisədə gəlirlərin 23 faiz artması deməkdir.
İxrac edilən məhsulların əsas alıcıları yenə də MDB ölkələridir. Belarus 176 milyon dollarla siyahıya liderlik edir. Ondan sonrakı yerlərdə 48 milyon dollarla Qazaxıstan və 9,4 milyon dollarla Özbəkistan qərarlaşıb. Qırğızıstanın bu məqsədlə xərclədiyi vəsait 6,4 milyon dollar təşkil edib. Azərbaycan da Rusiyadan ev heyvanları üçün yem tədarük edən əsas ölkələrdən sayılır. Belə ki, ölkəmiz ötən il qonşu dövlətdən 5,7 milyon dollarlıq məhsul alıb. (modern.az)
Demokrat.az


