Siyasət Özəl

ABŞ İrana 15 bəndlik sülh planı təqdim etdi

ABŞ İrana 15 bəndlik sülh planı təqdim etdi

ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı yeni detallar gündəmə gəlib. Son günlər yayılan məlumatlara görə, Donald Trump administrasiyası Tehran üçün 15 bənddən ibarət sülh planı irəli sürüb.

Məlumata əsasən, planın əsas məqsədi regionda gərginliyi azaltmaq və tərəflər arasında hərbi qarşıdurmanı dayandırmaqdır. Təklif olunan şərtlər sırasında İranın nüvə proqramının məhdudlaşdırılması, uranın zənginləşdirilməsinin dayandırılması və ballistik raket fəaliyyətinə nəzarət kimi maddələr yer alır. Bununla yanaşı, Tehranın regiondakı silahlı qruplara dəstəyinin dayandırılması da əsas tələblərdən biri kimi göstərilir.

Qarşılığında isə ABŞ tərəfinin müəyyən təhlükəsizlik təminatları verməsi və bölgədə hərbi mövcudluğunu mərhələli şəkildə azaltması ehtimal edilir. Bu addımların mümkün razılaşmanın əsasını təşkil etdiyi bildirilir.

Bununla belə, planın bütün detalları rəsmi şəkildə açıqlanmayıb. İran tərəfi yayılan bəzi məlumatlara ehtiyatla yanaşır və danışıqların aparılması ilə bağlı xəbərləri tam təsdiqləmir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova