Müğənni Sevda Sənəliyeva TikTok-da açdığı canlı yayımda izləyicilərin sərt reaksiyası ilə üzləşib. İfaçı ünvanına yazılan "sponsor" və "Hacı" iddialarına qarşı səssiz qalmayıb. O, heç kimdən asılı olmadığını və həyatını öz zəhməti ilə qurduğunu kəskin şəkildə ifadə edib. Sənəliyeva hazırda işləməsə belə, heç kəsə ehtiyac duymadığını, övladlarını təkbaşına böyütdüyünü vurğulayıb.
İnsanların tanımadan ittihamlar səsləndirməsini tərbiyəsizlik adlandıran müğənni dindar şəxslərin və sənətçilərin adının bu cür hallarda hallanmasına etiraz edib. O, efirlərdə görünməməsinin səbəbini də açıqlayıb. Sənəliyevanın sözlərinə görə, televiziyalardakı qalmaqallardan uzaq durmaq üçün bu yolu seçib və hazırda yeni mahnılar üzərində işləyir.
Həmçinin oxu: 'Simic kişi kimə lazımdır? Onu yanında necə kişi kimi görə bilərsən?' Bakıda restoranda aktrisanın başına iş gəldi — Saxlanılanlar var Bakıda qadınların 200-1000 manata aşkar 'satışa' çıxarıldığı əxlaqsız sayt kimindir?
Gündəlik həyatının böyük hissəsini ev işlərinə və yemək bişirməyə sərf etdiyini deyən ifaçının bu çıxışı qısa müddətdə viral olub. Sosial şəbəkə istifadəçiləri müğənninin emosional cavablarını geniş müzakirə etməyə başlayıb. (milli.az)
Demokrat.az


