Gündəm

Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? — AÇIQLAMA

Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? — AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deputatlığa namizədliyini irəli sürüb.

Demokrat.az xəbər verir ki, tanınmış siyasətçinin namizədliyi 79 yaşlı İmişli seçki dairəsindən qeydə alınıb.

Ancaq maraqlıdır ki, MSK-nın rəsmi saytında Razi Nurullayevin işsiz olduğu yazılıb.

AZXEBER.COM bu mövzuya aydınlıq gətirmək üçün partiya sədri ilə əlaqə saxlayıb.

O deyib ki, partiyası rəsmi qeydiyyata alınmadığı üçün işsiz olaraq qeyd olunub: "Mən rəhbəri olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi olaraq qeydiyyata alınmayıb. Bu səbəbdən də işsiz olaraq qeyd olunmuşam. Əsas odur ki, insanlar məni tanıyır".

Demokrat.az

D
demokrat.az