Şou-biznes Özəl

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olmasına baxmayaraq milyonlar qazanmağa davam edən Simge Barankoğlunun aylıq gəliri hər kəsi təəccübləndirir. Narkotik və fahişəlik istintaqı çərçivəsində saxlanılaraq dəmir barmaqlıqlar ardına göndərilən sosial media fenomeninin rəqəmsal platformalardakı abunəlik gəlirləri hələ də kəsilməyib.

Demokrat.az-ın məlumatına görə fevral ayında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı saxlanılan altı nəfərdən biri olan Barankoğlunun həbsxanada olduğu müddətdə təxminən 1,3 milyon lirə qazandığı bildirilir. Əməliyyatdan sonra izləyici və abunə sayında müəyyən azalmalar müşahidə olunsa da onun hələ də 40 min aktiv abunəsi var.

Həbs olunmazdan əvvəl aylıq gəlirinin 5 milyon lirə civarında olduğu deyilən fenomenin gəliri azalsa da milyonluq qazancını qoruyub saxlaması müzakirələrə səbəb olub.

Araşdırmalar davam edir.

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olsa da, milyonlar qazanır

Həbsdə olsa da, milyonlar qazanır

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova