Hadisə

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşdu — Xəsarət alanlar var

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşdu — Xəsarət alanlar var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şükran Həsənalıyevin idarə etdiyi “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə Natiq Mehtiyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 7 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin yüngül və orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

Demokrat.az

NE
Nihadə Eyyubova