Kriminal

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti uzadılıb

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti uzadılıb

Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovunbarəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Demokrat.azAPA-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib.

Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, Zabil Qəhrəmanovun barəsində cinayət işi ötən ilin oktyabrında Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

NE
Nihadə Eyyubova