Türkiyənin məhşur “Yeraltı” serialının baş rol aktyoru Uraz Kaygılaroğlu Bakıya gəlir.
Bu barədə iTicket.az məlumat verib.
Belə ki, “Still Standing” adlı stand-up proqramı ilə ilk dəfə Bakıda səhnə alacaq aktyorun tədbirində iştirak etmək üçün biletlərin qiyməti 30-100 AZN arasında dəyişir.
Qeyd olunur ki, tədbir 14 iyun tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində baş tutacaq və tamaşaçılara gündəlik həyatdan ilhamlanan hekayələrlə dolu dinamik bir proqram təqdim edəcək. (Unikal)


