Astara rayonunda 15 yaşlı qızın hamilə qalması ilə bağlı başlayan araşdırma gözlənilməz nəticə ilə bitib. Rayon kəndlərindən birində yaşayan F.Zamanova xəstəxanaya müraciət edərkən onun hamilə olduğu üzə çıxıb. Martın 7-də dünyaya gələn körpə hadisənin üstünün açılmasına səbəb olub.
Demokrat.az-ın məlumatına görə İstintaq materiallarına əsasən həmin şəxsin qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla münasibəti olub. Sonradan tərəflər ailə qurublar. Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə prosesi martın 10-da yekunlaşıb. Astara Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilən Əli Hətəmovun cəzası 1 il sınaq müddəti tətbiq edilməklə şərti hesab olunub.(qafqazinfo)
Demokrat.az


