İqtisadiyyat

Martın bütün ödənişləri verildi

Martın bütün ödənişləri verildi

Mart ayı üzrə bütün sosial ödənişlər qrafikdən daha tez tamamlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşıdan gələn bayram günləri nəzərə alınaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardım ödənişləri vətəndaşların hesablarına köçürülüb.

Demokrat.az-ın məlumatına görə mart ayı üzrə nəzərdə tutulan bütün sosial ödənişlərin verilməsi planlaşdırılandan əvvəl yekunlaşıb.

Xatırladaq ki, daha əvvəl pensiya ödənişləri də mərhələli şəkildə həyata keçirilmişdi. Martın 6-da Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslərin vəsaitləri ödənilmişdi. Martın 11-də isə ölkənin digər bölgələrində yaşayan pensiyaçıların mart ayı üzrə ödənişləri təmin olunmuşdu.

Demokrat.az

NE
Nihadə Eyyubova