Əməkdar artist Nüşabə Əlsəgərli oğlu Orxanıntoyuna Türkiyədən heç bir müğənnini dəvət etməyəcəyini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb:
“Oğlumun toyuna Türkiyədən heç bir müğənnini dəvət etməyəcəyəm. Öz müğənnilərimiz hamısından yaxşıdır. Bizim ifaçılarımızı dünya arenasına çıxaracaq adam yoxdur. Elə səslərimiz var ki... İbrahim
Tatlısəsi isə bu məsələyə qatmayaq, o ayrıdır, arzum idi”.
Qeyd edək ki, müğənni oğlunun kiçik toyuna türkiyəli müğənni İbrahim Tatlısəsi çağırmışdı. Sənətçidən dəfələrlə qonorarın məbləği soruşulsa da o, açıqlamayıb.
Demokrat.az


