Şou-biznes

"Evlənməkdən qorxuram, ölərəm, uşağım atasız qalar"

Evlənməkdən qorxuram, ölərəm, uşağım atasız qalar

Müğənni Vüqar Muradov şəxsi həyatı ilə bağlı açıq etirafları ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, sənətçi bir müddət evlilik mövzusundan qorxduğunu və hətta ailə qurmamağı düşünməyə başladığını bildirib. O qeyd edib ki, bu düşüncələr müəyyən psixoloji gərginlik yaradır.

VüqarMuradov əsas narahatlıqlarından birinin gələcək olduğunu deyib. Sənətçinin sözlərinə görə, ailə qurduğu təqdirdə illər sonra başına nəsə gəlməsi və övladının atasız böyüməsi ehtimalı onu düşündürür.

Bununla yanaşı, Vüqar Muradov özünü ailəcanlı biri kimi təsvir edib. O bildirib ki, əgər ailə qursa, məsuliyyətli həyat yoldaşı və yaxşı ata olacağına inanır. Sənətçi həmçinin xarakterində müəyyən qüsurların ola biləcəyini də etiraf edib.

Müğənninin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(milli.az)

Demokrat.az

NE
Nihadə Eyyubova