İqtisadiyyat

“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR

“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR

“Qala Sığorta” ASC sosial məsuliyyət təşəbbüslərini davam etdirərək, “Hər şagirdə bir kitab” layihəsinə dəstək göstərib.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

Məlumata görə, şirkətin bu təşəbbüsü nəticəsində bölgə məktəblərində minlərlə şagirdin kitaba çıxış imkanının artırılmasına töhfə verilib.

“Qala Sığorta” ASC-nin əməkdaşlarının iştirakı ilə fəaliyyət göstərən “Kitab Klubu” dərnəyi çərçivəsində toplanan kitablar müxtəlif bölgələrdə yerləşən məktəblərə göndərilib. Layihə çərçivəsində toplanan kitabların bir hissəsi isə ADA Universitetinin Qazax Mərkəzi ilə birgə həyata keçirilən təşəbbüsə yönləndirilib.

Təşəbbüsün əsas məqsədi bölgələrdə təhsil alan şagirdlərin mütaliəyə marağını artırmaq, onların kitab resurslarına çıxışını genişləndirmək və oxu mədəniyyətinin inkişafına dəstək verməkdir.

Qeyd edək ki, “Qala Sığorta” ASC sosial layihələrə və maarifləndirici təşəbbüslərə dəstək göstərməklə cəmiyyətin inkişafına töhfə verməyi prioritet istiqamətlərindən biri kimi davam etdirir.

Demokrat.az

“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR
“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR
“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR
“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR
“Qala Sığorta” “Hər şagirdə bir kitab” layihəsinə dəstək verdi — FOTOLAR

NE
Nihadə Eyyubova