Siyasət Özəl

İran atəşkəs üçün əsas şərtini açıqladı

İran atəşkəs üçün əsas şərtini açıqladı

Rəsmi Tehran regionda gərginliyin azaldılması və hərbi əməliyyatların dayandırılması üçün beynəlxalq səviyyədə aparılan müzakirələrə münasibət bildirib. İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi ölkəsinin atəşkəs mövzusunda mövqeyinin dəqiq olduğunu diqqətə çatdırıb.

Demokrat.az-ın məlumatına görəÇin, Rusiya, Fransa və bir neçə regional dövlətin müharibəni dayandırmaq məqsədilə İranla təmasa keçdiyini deyən nazir müavini atəşkəs üçün yeganə şərt irəli sürüb. Qaribabadinin sözlərinə görə, hər hansı razılaşmanın əldə olunması üçün İrana qarşı hücumların bir daha təkrarlanmayacağına dair rəsmi zəmanət verilməlidir. O qeyd edib ki, hücuma məruz qalan tərəf öz təhlükəsizliyindən tam əmin olmayana qədər müdafiə tədbirlərini dayandıra bilməz.

İran atəşkəs üçün əsas şərtini açıqladı

İran rəsmisi ölkəsinin hərbi addımlarını BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində qiymətləndirdiklərini vurğulayıb. Kazım Qaribabadi İrana qarşı təcavüzkar hərəkətlərin yenidən baş verməyəcəyinə dair qarantiya verilmədən əldə olunacaq atəşkəsin heç bir mənası olmayacağını bildirib.

Tehran rəsmisi həmçinin əlavə edib ki, müharibəni və hücumları başladan tərəf İran deyil. Bu səbəbdən də qarşı tərəfin təhlükəsizlik qayğıları aradan qaldırılmadan İranın müdafiə fəaliyyətlərini dayandırması müzakirə mövzusu ola bilməz.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova