Siyasət

4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib — YENİLƏNİB

4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib — YENİLƏNİB

Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.

Demokrat.az report-a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

*** 12:10

Böyük Britaniya və Almaniyanın hər birindən 1 vətəndaş İrandan Azərbaycana təxliyə olunub.

Demokrat.az report-a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10::00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Bundan başqa, İranın 6 vətəndaşının əks istiqamətə keçidi təmin edilib.

NE
Nihadə Eyyubova