Siyasət

Yeni lideri Tramp deyil, İran xalqı seçəcək — Əraqçi

Yeni lideri Tramp deyil, İran xalqı seçəcək — Əraqçi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Liderinin seçilməsi məsələsinə heç kimin müdaxilə etməməli olduğunu deyib.

Demokrat.az qafqazinfo-ya istinadla xəbər verir ki, o bu barədə “NBC News” telekanalına verdiyi müsahibədə məlumat verib.

Əraqçi ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinin seçilməsi prosesinə Vaşinqtonun da cəlb olunmalı olduğu barədə açıqlamalarını şərh edib:

“Bu məsələ yalnız İran xalqının işidir, heç kim bu məsələyə qarışmamalıdır. Yeni lideri Donald Tramp deyil, İran xalqı seçəcək”.

Demokrat.az

NE
Nihadə Eyyubova