Dünya

Tramp İranı buna görə diz çökdürə bilmir, Putin elə bir şey edir ki...

Tramp İranı buna görə diz çökdürə bilmir, Putin elə bir şey edir ki...

“Rusiya İrana ABŞ ilə bağlı kəşfiyyat məlumatları ötürür”.

Demokrat.az xəbər verir ki, bu məlumatı ABŞ-nin “The Washington Post” nəşri məlumat yayıb.

Nəşr etibarlı adlandırdığı üç mənbəyə istinadən bildirib ki, Rusiya hərbi gəmilər, hərbi təyyarələr də daxil olmaqla ABŞ hərbi qüvvələrinin yerləşdiyi yerlərin koordinatlarını İrana verib. Mənbələrin bildirdiyinə görə, Rusiyanın İrana dəstəyi sadəcə kəşfiyyat məlumatları ilə kifayətlənməyə bilər. Bu dəstək geniş mənada anlaşılmalıdır.

Nəşrə məlumat verən adı açıqlanmayan iki rəsmi şəxs də müharibədə Rusiyanın İrana dəstək etdiyindən əmin olduğunu bildirib.Həmin dəstəyin Rusiya Prtezidenti Vladimir Putinin birbaşa nəzarətində olduğunu iddia edən mənbə bu faktorun İranın uğurlu müqavimətində mühüm rol oynadığını bildirib.

Çin barədə də danışan rəsmilər Pekinin İrana kömək etmir kimi göründüyünü bildiriblər.

Demokrat.az

NE
Nihadə Eyyubova