Müğənni Xatun Əliyeva xeyli çəki atmasının səbəbini açıqlayıb.
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, əvvəl pəhrizlə arıqladığını söyləyən ifaçı dərman vasitəsilə artıq çəkidən xilas olduğunu etiraf edib. Bu haqda "Qonaqcanlı" verilişində danışan Xatun son günlər2, 5 kiloqram daha çəki atdığını bildirib:
"İnsanı kökəldən insulin dirəncidir. Bu cür insanlar kökəlməyə meyilli olurlar. Müəyyən dərmanlar edilir. Sağlam formada edilməlidir.Bundan sonra nəzarətdə olmalısan: nə qədər piyəridi, əzələ getdi, vitamin çatışmır. Burada dırnaq və saç tökülməsi ola bilər. Həm mənəvi, həm də maddi çətindir. Hər səhər yumurta yeməli, su içməlisən. Burada iynələr də vurulur".
Demokrat.az


