"Qarabağ"da icarə müddəti başa çatan qapıçı Asmir Beqoviç İtaliyanın "Milan" klubuna keçməyə yaxındır.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya nəhəngi bosniyalını əsas qolkiperCanluicci Donnarummaya əvəzedicisi kimi nəzərdən keçirir.
Xatırladaq ki, "Qarabağ"da mövsümün ilk yarısında forma geyinən qapıçı müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdur.


