Dünya

“Metallica”ya aid döymələri ilə dünya rekordu qırdı

“Metallica”ya aid döymələri ilə dünya rekordu qırdı

Norveçli Tom M.Engelbrext"Metallica" qrupunun simvolikasını əks etdirən 72 döymə etdirərək dünya rekordunu qırıb.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Guinness Rekordlar Kitabı"nın rəsmi saytında məlumat verilib.

Tom ilk dəfə 2023-cü ildə rekorda düşmüşdü. O, kişilər arasında eyni qrupa həsr olunmuş 43 döymə etdirən ilk şəxs olmuşdu. O döymələrə 24,1 min ABŞ dolları xərcləyib.

Hal-hazırda Engelbrextin72 döyməsi var. Onların arasında qrup üzvlərinin portretləri, həmçinin onların mahnılarına istinad edən təsvirlər var. Döymələr onun əllərində, bədənində, ayaqlarında və dabanlarında yerləşir.

Tom bildirib ki, "Metallica"ya olanhörmətini məhz bu şəkildə ifadə etməyə hazır olub.

Demokrat.az

NE
Nihadə Eyyubova