Siyasət Özəl

"İranda bu şəxslərin ölməsini istəmirik"

İranda bu şəxslərin ölməsini istəmirik

ABŞ Prezidenti Donald Tramp İranın gələcək taleyi və rəhbərliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. "NBC News" telekanalına müsahibə verən Ağ Ev rəhbəri bu ölkədə yeni lider görmək istədiklərini bildirib. O hazırda namizəd ola biləcək şəxslərin müharibədən sağ çıxması üçün addımlar atıldığını qeyd edib.

Demokrat.az xəbər verir ki, Tramp İranda vəziyyəti qısa zamanda düzəldə biləcək şəxsə ehtiyac olduğunu vurğulayıb. “Biz gəlib hər şeyi təmizləmək istəyirik. Bizə 10 il ərzində hər şeyi bərpa edəcək birisi lazım deyil. İstəyirik ki, onların yaxşı bir lideri olsun. Bir neçə nəfər var ki, məncə, bu işin öhdəsindən yaxşı gələ bilərlər. Biz vəziyyəti izləyirik, onların sağ qalması və müharibədən salamat çıxması üçün addımlar atırıq”, - deyə o qeyd edib.

Gələcəkdə ölkəni kimin idarə edəcəyi ilə bağlı sualı isə prezident özünəməxsus tərzdə cavablandırıb. “Bilmirəm, amma nə vaxtsa mənə zəng edib kimi vəzifədə görmək istədiyimi soruşacaqlar”, - deyə Tramp sarkazmla bildirib.

ABŞ lideri İranın xarici işlər naziri Abbas Əraqçinin quru müdaxiləsinə hazır olmaları barədə dediklərinə də reaksiya verib. O bunu “vaxt itkisi” adlandıraraq ordu yeritmək barədə düşünmədiyini deyib.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova