Yaxın Şərqdə yaranmış vəziyyət səbəbilə uçuşları ləğv olunan Azərbaycan vətəndaşlarının təxliyəsi uğurla həyata keçirilib.
Demokrat.azxəbər verir ki, Azərbaycan Hava Yolları şirkətinə məxsus təyyarə 200 nəfərdən çox vətəndaşı Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya gətirib və təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Rəsmi məlumata görə, yaxın günlərdə digər istiqamətlərdən də təxliyə reysləri planlaşdırılır.
*** 18:40
4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.
Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.
Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.
Əlavə sual yaranarsa, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti


