Siyasət Özəl

Trampın boynundakı izin səbəbi bəlli oldu — FOTO

Trampın boynundakı izin səbəbi bəlli oldu — FOTO

ABŞ Prezidenti Donald Trampın boynunda görünən qızartı müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, Ağ Evdə keçirilən rəsmi mərasim zamanı jurnalistlərin diqqətini çəkən qızartı sosial şəbəkələrdə geniş müzakirə edilib və dövlət başçısının səhhəti ilə bağlı suallar doğurub.

Məsələ ilə bağlı açıqlama verən Trampın şəxsi həkimi Şon Barbabella bildirib ki, boynun sağ tərəfində müşahidə olunan qızartı profilaktik dəri baxımı məqsədilə istifadə edilən kremdən qaynaqlanır. Onun sözlərinə görə, Prezident bu kremdən tez-tez istifadə edir və müalicə bir həftə davam edəcək: “Bu, önləyici dəri baxımıdır. Müalicə kursu bir həftə çəkəcək və qızartının bir neçə həftə ərzində qalması gözlənilir”.

Trampın boynundakı izin səbəbi bəlli oldu — FOTO

Həkim istifadə olunan kremin adını və Trampın niyə belə bir dəri baxımına ehtiyac duyduğunu açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl də Trampın əlində görünən göyərmələr müzakirələrə səbəb olmuşdu. Ağ Evin mətbuat katibi Karolin Livitt həmin vaxt bildirmişdi ki, göyərmələr prezidentin intensiv iş rejimi və hər gün çoxsaylı insanlarla əl sıxması ilə bağlıdır: “Prezident Trampın əlində göyərmələr var, çünki o, fasiləsiz çalışır və hər gün insanlarla görüşür”.

Tramp isə açıqlamasında göyərmələrin aspirin qəbul etməsi ilə əlaqədar yarandığını deyib: “Ürəyinizi sevirsinizsə, aspirin qəbul edin. Amma xırda göyərmələr istəmirsinizsə, aspirin qəbul etməyin. Bu dərmanın yan təsirlərindən biri də budur”.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova