ABŞ Mərkəzi Komandanlığı ABŞ Hərbi Hava Qüvvələrinin üç F-15 qırıcısının Küveytdə qəzaya uğradığını təsdiqləyib. Bildirilir ki, qırıcılar İranın ballistik raket və dron hücumlarını dəf edərkən səhvən Küveytin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub.
Demokrat.az xəbər verir ki, hadisə zamanı altı ekipaj üzvü katapult edərək təhlükəsiz şəkildə xilas olub və vəziyyətləri stabildir. Komandanlıq Küveytin hadisəni təsdiqlədiyini və əməliyyatda göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Araşdırmaların davam etdiyi də vurğulanıb.
Demokrat.az


