Cəmiyyət Özəl

Satışı qadağan deyil, amma, cinayət törədilsə, icazə verilməyəcək — FOTO

Satışı qadağan deyil, amma, cinayət törədilsə, icazə verilməyəcək — FOTO

Sosial şəbəkələrdə insanı tam təqlid edən silikon maskaların açıq şəkildə satışa çıxarılması müzakirələrə səbəb olub. İlk baxışda kino sənayesi, teatr və ya əyləncə məqsədli aksesuar kimi təqdim olunan bu məhsulların şərh bölmələrində səslənən fikirlər isə narahatlıq doğurur. İstifadəçilər arasında maskalardan azyaşlının avtomobil idarə etməsi, şəxsiyyətin gizlədilməsi və hətta daha ağır qanunsuz əməllər üçün yararlanmaq kimi ssenarilərin yazılması təhlükəsizlik məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, mövcud qanunvericiliyə görə, insanların maska taxmasına dair hər hansı ümumi qadağa nəzərdə tutulmayıb:

Satışı qadağan deyil, amma, cinayət törədilsə, icazə verilməyəcək — FOTO

“Yəni vətəndaş istədiyi halda müxtəlif məqsədlərlə maskadan istifadə edə bilər və buna görə inzibati məsuliyyət daşımır. Lakin sosial şəbəkələrdə bu tip realistik maskaların qanunsuz əməllər üçün istifadəsi ilə bağlı yazılan şərhlər artıq hüquqi müstəviyə keçən məsələdir. Azyaşlının avtomobil idarə etməsi, şəxsiyyətin gizlədilərək hüquqazidd hərəkətlərin törədilməsi və ya terror ssenarilərin müzakirəsi qanunla qadağan olunmuş əməllərdir və məsuliyyət yaradır. Hazırda maskanın özünün satışı və istifadəsi qadağan edilməsə də, ondan qanunsuz məqsədlə istifadə cinayət və ya inzibati məsuliyyət doğurur. Eyni zamanda istisna deyil ki, gələcəkdə ictimai təhlükəsizlik riskləri artarsa, bu tip vasitələrin dövriyyəsi ilə bağlı əlavə tənzimləyici mexanizmlər də tətbiq olunsun”.

Qeyd edək ki, silikon maskaların qiyməti 300 manatdan baha təklif olunur.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova