Masazır qəsəbəsi üçün verilən yeni avtobuslar ilk gündən xarab olub.
Demokrat.az xəbər verir ki, buna dair görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki,Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən 569 nömrəli marşrut yolda qalıb.
Qeyd edək ki, sözügedən marşruta yeni avtobuslar ötən gün verilmişdi. Bildirilirdi ki, orta tutumlu, nisbətən yeni “Karsan” markalı 13 avtobus7–8 dəqiqə interval ilə hərəkət edəcək vəödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək və gediş haqqı 0,50 AZN təşkil edir.
Həmçinin bildirək ki, bu ictimai nəqliyyatla bağlı ilk problem deyil. Binəqədi kəndi ilə Gənclik metrostansiyasını birləşdirən 133 nömrəli avtobusdan da şikayətlər artmaqdadır. Redaksiyamıza müraciət edən şəxslərin dediyinə görə avtobusların intervalı xeyli artırılıb ki, bu da sıxlığa və narazılığa səbəb olur.
Sözügedən şikayətlərlə bağlı AYNA-ya müraciət ünvanlanıb.
@masazirparfum Təzəcə xeyirli olsun dedim, ustalıq oldu 😂 #masazir #karsanbus #new #azerbaijan #baku ♬ orijinal ses - Masazır Parfum
İsmayıl Demokrat.az


