Siyasət

İrandan ABŞ-ın dialoq təklifinə CAVAB

İrandan ABŞ-ın dialoq təklifinə CAVAB

"Bizim başa düşdüyümüz budur ki, ABŞ danışıq və müzakirə əhli deyil. ABŞ-ın işi İranla düşmənçilik aparmaqdır. Bu düşmənçilik davam etdiyi zaman onların təklifləri də anlaşılmaz qalacaq və İranda kimsə onu eşitməyəcək. İran xalqı bu söhbətlərlə oyuna gəlməyəcəklər.

Demokrat.az xarici mediaya istinadla xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxti-Rəvançi deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin İranla şərtsiz dialoq aparmaq təklifinə cavab verən Tehran rəsmisi bildirib ki, "İran bu oyuna getməyəcək, çünki ABŞ İranla düşmənçiliyini davam etdirir və bu ölkə xalqına qarşı iqtisadi terroru həyata keçirir".

Demokrat.az

D
demokrat.az