Hadisə

İsmayıllıda üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var

İsmayıllıda üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var

Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "VAZ-21011", daha sonra isə "Ford" markalı mikroavtobusa çırpılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-a bildirilib ki, nəticədə "VAZ"-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Həmçinin digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Demokrat.az

D
demokrat.az