Sosial

Talıb Taledən efir qadağası iddiası ilə bağlı açıqlama — VİDEO

Talıb Taledən efir qadağası iddiası ilə bağlı açıqlama — VİDEO

Müğənni Talıb Tale haqqındaefir qadağasıqoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Demokrat.az xəbər verir ki, bu barədə sənətçiBizim.Media-ya danışıb. Talıb deyib ki, məlumatı mətbuatdan oxuyub:

“Hər kəs mənə xəbəri göndərib, yeni məlumat aldım. Birinci ciddiyə almadım, sonra gördüm ki, insanlardan çox reaksiya gəlir, zənglər gəlir.

Həmin sayta zəng etdim, soruşdum ki, bu məlumatı nəyə əsasən vermisiz? Dedilər ki, açıqlaya bilmərik. Mən də rayondayam, yas yerinə gəlmişəm, başım qarışıqdır. Bakıya gələndə bununla ciddi məşğul olacağam, bu məlumatın hansı əsası var? Açıqlama olmasa məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayımlayıb.

NE
Nihadə Eyyubova