Hadisə Özəl

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getmişdi, öldü

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getmişdi, öldü

Türkiyənin Aydın şəhərində yaşayan 19 yaşlı Sinem Taç qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət etdikdən sonra vəfat edib.

Demokrat.az xəbər verir ki, Gökkiriş məhəllə sakini olan gənc üç gün əvvəl şiddətli ağrılar səbəbindən Aydın Dövlət Xəstəxanasına aparılıb. Müayinələr zamanı onun kor bağırsağının partladığı müəyyən edilib və dərhal müalicəyə başlanılıb.

Vəziyyəti ağırlaşan Sinem Taç reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O, ötən ilin may ayında ailə qurmuşdu.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova