“Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planımız yoxdur”.
Demokrat.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Bazanın ölkədən çıxarılması ilə bağlı Moskvaya müraciət olunub-olunmaması barədə sualı cavablandıran Paşinyan belə bir təşəbbüslərinin olmadığını deyib:
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olması ilə bağlı heç bir planımız, proqramımız, eləcə də heç bir sualımız yoxdur. Rusiya ilə aramızda sıx tərəfdaşlıq mövcuddur, iqtisadi və siyasi əlaqələr qurulub”.
Demokrat.az


