Sosial

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı — VİDEO

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı — VİDEO

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Demokrat.az xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

NE
Nihadə Eyyubova