Azərbaycan Respublikası Ali Məhkəməsi ailə-hüquq münasibətlərindən irəli gələn şəxsi hüquqların pozulması və bunun nəticəsində yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı ilk dəfə geniş izahat verib. Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti, bu hüquqlara müdaxilə sayılan hallar və mənəvi zərərin müəyyənləşdirilməsi prinsipləri ətraflı şəkildə şərh olunub.
Qərarda vurğulanır ki, ailə münasibətlərində tərəflər bir-birinin ləyaqət və şərəfini qorumağa borcludur. Ər və ya arvadın digərinə qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, xarici görünüşü ilə bağlı lağ etməsi, onu dəyərsiz və lazımsız hesab etdiyini bildirməsi şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər. Belə halların ləyaqətin alçaldılması ilə nəticələndiyi qeyd olunur.
Sənəddə etibarsız nikahlarla bağlı mənəvi zərərin ödənilməsi məsələsinə də toxunulub. Bildirilir ki, saxta nikah bağlanarkən cavabdehin təqsirinin olub-olmaması, nikahın etibarsızlığını aradan qaldıra biləcək hallar və iddiaçının nikah zamanı bu məqamlar barədə məlumatlı olub-olmaması məhkəmə tərəfindən nəzərə alınmalıdır.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi mövqe Ali Məhkəmənin 3 noyabr 2008-ci il tarixli Plenum qərarında da aydın ifadə olunub:

Həmçinin oxu: Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş Tolikə yüksək vəzifə verildi Kartofun yanına niyə alma qoyurlar?
Leyla Turan Demokrat.az


