Hadisə Özəl

Rusiyada azərbaycanlı aktrisanın qohumuna işgəncə verdilər

Rusiyada azərbaycanlı aktrisanın qohumuna işgəncə verdilər

RusiyanınRostovşəhərində azərbaycanlı ailələrin yaşadığı ünvanlara gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirildiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə aktrisa Ruhiyyə Yusifova məlumat verib. Onun sözlərinə görə hərbi geyimdə olan şəxslər gecə vaxtı dayısı Mərdan Əskərovun mənzilinə daxil olublar.

Aktrisa iddia edir ki, əməliyyat zamanı evdə olan ailə üzvlərinə qarşı zor tətbiq edilib. “Dayımın oğlunu səbəbsiz yerə döyüblər, ona elektroşok tətbiq ediblər. Dayımı, həyat yoldaşını, hamilə gəlinini və iki nəvəsini polis şöbəsinə aparıblar. Mənzilə ciddi ziyan dəyib, əşyalar sındırılıb”, – deyə o bildirib.

R.Yusifovanın sözlərinə görə, daha sonra ailənin digər oğlunun yaşadığı evə də daxil olunub və orada da ailə üzvlərinə qarşı fiziki təzyiq göstərildiyi iddia olunur.

Aktrisa əlavə edib ki, saxlanılan şəxslərin mobil telefonları əllərindən alınıb. Onun bildirdiyinə görə, aparılan şəxslərin əksəriyyəti sonradan sərbəst buraxılsa da, dayısı hələ də polis şöbəsində saxlanılır.

Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Həmçinin oxu: Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır

Kənan İsmayıl Demokrat.az

Rusiyada azərbaycanlı aktrisanın qohumuna işgəncə verdilər

NE
Nihadə Eyyubova