Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri Elnur MəmmədovlaRobert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Demokrat.az XİN-ə istinadən xəbər verir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.


Demokrat.az


