Cəmiyyət

Azərbaycanda daha bir qurumda kütləvi ixtisar — 43 nəfər işsiz qaldı

Azərbaycanda daha bir qurumda kütləvi ixtisar — 43 nəfər işsiz qaldı

Azərbaycanda daha bir rayonda icra strukturlarında kadr ixtisarı həyata keçirilib.

Demokrat.az-ın oxu.az-a istinadən məlumatına görə, Tovuz Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişiklikləri nəticəsində 43 nəfərin dövlət qulluğuna xitam verilib. Bununla bağlı rayon icra başçısı Məmməd Məmmədov müvafiq sərəncam imzalayıb.

Bildirilir ki, ümumilikdə 48 ştat vahidi ləğv olunub. Ləğv edilən vəzifələr əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə müavinləri, nümayəndəliklərin baş məsləhətçi – baş mühasibləri və sürücülər olub. Ştatı ixtisar edilən şəxslərdən beşi qurumun digər bölmələrində işlə təmin edilsə də, 43 nəfər vəzifəsini itirib.

Məlumata görə, işdən azad edilən əməkdaşlar rayon icra hakimiyyətində sərəncama götürülüblər.

Xatırladaq ki, daha əvvəl Ağsu Rayon İcra Hakimiyyətində də oxşar qərar qəbul edilmiş və 14 əməkdaşın vəzifəsinə xitam verilmişdi.

Həmçinin oxu: Bakıda mağazalarda üstündə Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsir 'Kəramət kimdir? Təqsir onu ora çıxarandadır'

Demokrat.az

NE
Nihadə Eyyubova