Bakıda sərnişindaşıma sahəsində islahatlar çərçivəsində daha bir marşrut xətti müasir avtobuslarla təmin edilir. Fevralın 25-dən etibarən Binəqədi rayonunun Biləcəri qəsəbəsi ilə Nərimanov rayonunun Çernyayevski küçəsini birləşdirən 67 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar yenilənəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən məlumata görə, xəttə 16 ədəd böyüktutumlu "Zhongtong" markalı avtobus buraxılacaq. Bu nəqliyyat vasitələri ekoloji cəhətdən təmiz olan sıxılmış təbii qaz (CNG) texnologiyası ilə çalışır. Yeni avtobuslarda sərnişinlərin rahatlığı üçün bütün müasir standartlar nəzərə alınıb.
Yeni qaydalara əsasən, bu marşrutda gedişhaqqı 0,60 manat təşkil edəcək. Ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Demokrat.az


