Texnologiya Özəl

iPhone 18 unikal rənglə gəlir

iPhone 18 unikal rənglə gəlir

Apple növbəti flaqman modelləri olan iPhone 18 Pro və iPhone 18 Pro Max üçün rəng palitrasını genişləndirməyi planlaşdırır. Bloomberg-in məlumatına görə texnologiya nəhəngi bu dəfə istifadəçiləri tünd qırmızı (tünd bordo) rəngli smartfonlarla sevindirə bilər.

Demokrat.az xəbər verir ki, şirkət daxilində sızan xəbərlərdə qeyd olunur ki, hazırda tünd qırmızı çalarlar sınaqdan keçirilir. Bu seçim reallaşarsa, Pro seriyasında ilk dəfə belə bir rəng istifadə olunacaq.

Mütəxəssislər əvvəllər bənövşəyi və qəhvəyi rəng variantlarının da müzakirə edildiyini bildirirdilər. Lakin Apple-ın əsas diqqəti məhz qırmızı çalara yönəltdiyi deyilir. Bununla belə, şirkətin gələcəkdə təqdim edəcəyi qatlana bilən iPhone modeli üçün boz, qara və gümüşü rənglərə üstünlük verəcəyi gözlənilir.

iPhone 18 Pro və qatlana bilən yeni modelin rəsmi təqdimatı bu ilin sentyabrında baş tutacaq. Baza modelləri olan iPhone 18 və iPhone Air 2-nin isə 2027-ci ilin baharında satışa çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Apple sonuncu dəfə qırmızı rəngi iPhone 14 modellərində RED seriyası çərçivəsində təqdim etmişdi, lakin Pro modelləri bu rəngdən kənarda qalmışdı.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova